Onlayn ictimai-siyasi qəzet
“Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi artır və bunu rusiyalı həmkarlarımız da hiss edirlər”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli sosioloq Gevorq Poqosyan danışıb.
Onun sözlərinə görə, Ermənistanda ictimai rəyin, milli kimliyin dəyişdirilməsi istiqamətində ciddi işlər aparılır.
Poqosyanın sözlərinə görə, Qərb Rusiyaya qarşı ciddi informasiya müharibəsi aparır. Onlar həm postsovet məkanı ölkələrində, o cümlədən Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi gücləndirməyə çalışırlar.
Ermənistanın geosiyasi yönümünün Qərbə yönləndirilməsində hakimiyyət də müəyyən rol oynayır. Bu isə NATO Türkiyəsinin xeyrinə Rusiya Federasiyasının Cənubi Qafqazdan qovulması deməkdir.
“Eyni zamanda, ermənilərin əksəriyyəti Rusiyaya meyllidir, ona görə də hakimiyyət bunu nəzərə almalıdır", - deyə Poqosyan bildirib.
Onun sözlərinə görə, son 30 ildə Ermənistanda Rusiyaya münasibət çox müsbət olub, sorğuların nəticələrinə görə Rusiya Federasiyası dost ölkələr arasında birinci yeri tutub. Lakin son 2-3 ildə bu əhval ruhiyyədə dəyişiklik meydana gəlib.
Bununla paralel olaraq İran, Fransa və ABŞ-a münasibət müvafiq olaraq 33%, 25% və 23% civarındadır. Erməni ekspertə görə, bu adı çəkilən ölkələrə rəğbətin artması deməkdir.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ