Onlayn ictimai-siyasi qəzet
Hazırkı baş nazir Nikol Paşinyanın xarici legitimliyi tamamilə başa düşüləndir - xarici qüvvələrin adətən öz ölkələrinin maraqlarını müdafiə edən liderlərlə problemləri var.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli revanşist siyasətçi Mikael Nahapetyana məxsusdur.
“Xarici güc mərkəzlərinin ölkənin qırmızı xətlərinə gəldikdə geri çəkilməyə hazır olan liderlərlə problemləri var. İndiki rəhbərlik (Ermənistan) yalnız bir məqsəd güdür - hakimiyyəti saxlamaq. Ona görə də indiki mərhələdə o (Paşinyan) hamı üçün faydalıdır”, - deyə Nahapetyan bildirib.
Nahapetyan Paşinyanın xarici dəstəyə malik olması ilə bağlı xəbərlərin ölkədə hakimiyyət dəyişikliyi proseslərinə son dərəcə zərərli olduğunu söyləyib. Onun sözlərinə görə erməni müxalifətinin əsas məqsədi hazırkı hakimiyyətin sütunlarını ən asan olan qaydada dağıtmaqdır.
Nahapetyanın fikrincə, problem ondadır ki, bütün etiraz hərəkatları xarici qüvvələrin “onlara yol verməsini” gözləyirlər. Onun sözlərinə görə, müxalifət “iqtidarla eyni çəki kateqoriyasında” olduğunu göstərməlidir və bunun üçün etiraz hərəkatları iqtidar sütunlarının dağılmasına gətirib çıxarmalıdır.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ