Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin üzvü Mger Saakyana qarşı ittiham irəli sürülüb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat yayıb.
“Saakyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (“xuliqanlıq”) və 171-ci maddəsinin 2-ci hissəsinin 7-ci bəndi (“sağlamlığa yüngül xəsarət yetirmə”) ilə ittiham irəli sürülüb”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, bundan əvvəl parlamentin dövlət-hüquq məsələləri daimi komissiyasının qapalı iclasında komissiyanın sədri, hakim “Vətəndaş sazişi” fraksiyasının deputatı Vladimir Vardanyanla Ermənistan fraksiyasının deputatı Mger Saakyan arasında əlbəyaxa dava olub.
Davanın nəticəsində Mher Saakyan polisə, Vladimir Vardanyan tibbi yardım üçün xəstəxanaya aparılıb.
Mger Saakyan barəsində cinayət təqibinin başlanması barədə vəsatəti parlamentə şəxsən baş prokuror Anna Vardapetyan təqdim edib.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ