Onlayn ictimai-siyasi qəzet
“Əlverişli şərait yaranan kimi Azərbaycan dəhliz məsələsini güc yolu ilə həll etməyə çalışacaq”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin revanşist deputatı, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan öz feysbuk səhifəsində yazıb.
“Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Süniklə Naxçıvanı birləşdirən marşrutlar məsələsini yenidən gündəmə gətirib. Son zamanlar bu mövzuda əsas xəbər ondan ibarətdir ki, Azərbaycan və Türkiyə bir çox hallarda “dəhliz” ifadəsini deyil, onun təsvirini işlətməyə başlayıblar. Sadə dillə desək, “Zəngəzur dəhlizi” mövzusu əsas gündəmdən çıxarılsa da, əslində türklər bunu daim diqqət mərkəzində saxlayırlar. Kəskin sözlər işlətmək əvəzinə, təsviri olaraq dəhlizin formalaşdırılması haqqında öz fikirlərini deyirlər. Heç kim bütün bunların Ermənistan hakimiyyəti ilə razılaşdırılmadan edildiyini söyləyə bilməz”, - deyə erməni deputat qeyd edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ