Onlayn ictimai-siyasi qəzet
“Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışı bütünlüklə baş nazir kreslosunu qoruyub saxlamağa həsr olunub”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentində eyni adlı müxalifət bloku fraksiyasının katibi Artsvik Minasyan deyib.
Erməni deputatın fikrincə, baş nazir Avropa Parlamentindəki çıxışı ilə ölkəsini necə ağır və alçaldıcı vəziyyətə saldığını belə başa düşmür.
“On dəqiqə ərzində o, davamlı olaraq baş nazirliyindən, hakimiyyətini qorumaq zərurətindən danışdı. Hətta hansısa demokratiyadan danışmaq olar, lakin biz hamımız görürük ki, ölkədə həqiqətən nə baş verir”, - deyə Minasyan bildirib.
O, parlament müxalifətinin Ermənistanda demokratiya ilə bağlı vəziyyətlə əlaqədar Aİ və ABŞ-ın müvafiq strukturlarına çoxlu məktublar göndərdiyini, lakin heç bir reaksiyanın olmadığını vurğulayıb.
“Bu insanlara (Qərbəki - red.) Nikol Paşinyan lazımdır, çünki o, ardıcıl olaraq beynəlxalq güc mərkəzlərinin göstərişlərini yerinə yetirir. Bu mərkəzlər maliyyə və neft rıçaqları vasitəsilə Ankara və Bakının təsiri altına düşür”, - deyə Minasyan bildirib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ