İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “Bakı Qarabağla məhdudlaşmaq fikrində deyil” 

 

“Qranadadakı görüşdə iştirakdan son anda imtina edən Azərbaycan prezidenti İlham Əliyevin demarşı bir şeyi ifadə edir - Bakı özünü Qarabağla məhdudlaşdırmaq niyyətində deyil”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri bu gün, oktyabrın 5-də parlamentdə keçirdiyi brifinqdə Ermənistan parlamentinin deputatı Artur Xaçatryan deyib.

O, Bakının Ermənistan hakimiyyəti qarşısında daha bir yeni tələb irəli sürdüyünə əmin olduğunu söyləyib: “Uzun müddətdir xəbərdarlıq etdiyimiz şey baş verir: Qarabağı təslim etməkləBakının iştahını ödəmək mümkün deyil”, - deyə deputat bildirib.

Xaçatryan bundan sonrakı tələbin anklavlar olacağını və baş nazir Nikol Paşinyan həmin tələbləri qanuniləşdirdiyini iddia edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR