Onlayn ictimai-siyasi qəzet
Türkiyənin keçmiş erməni əsilli deputatı Qaro Paylan son dövrlər verdiyi mübahisəli açıqlamaları ilə diqqət mərkəzinə düşüb.
Musavat.com xəbər verir ki, o, türklər, kürdlər, azərbaycanlılar və erməniləri "qardaş" kimi adlandıraraq bütün bu xalqlar arasında sülh və qarşılıqlı anlaşma yaratmaq məqsədini güddüyünü bildirib.
Paylan, xüsusilə Azərbaycanla əlaqələrin yaxşılaşdırılmasını və bölgədəki xalqların bir-birinə yaxınlaşmasını arzuladığını vurğulayıb.
Qaro Paylanın açıqlaması ilə bağlı diqqət çəkən ən mühüm məqam onun Şuşa və Göyçə gölü ilə bağlı ifadələridir. Paylan Şuşada Azərbaycan konyakı içməyi və azərbaycanlıların Göyçədə yay tətili keçirmələrini arzuladığını bildirib. "Türklər, kürdlər, azərbaycanlılar və ermənilər mənim qardaşlarımdır. Mən onların hamısı üçün çalışacağam", - deyə o qeyd edib.
Bununla yanaşı, Paylan Bakıda həyatın gözəlliklərindən zövq almanın da mümkün olduğunu və bu cür qarşılıqlı anlaşma və əməkdaşlıqla regionda sülhün təmin ediləcəyinə inandığını bildirib. O, həmçinin, bu növ gedişatın yalnız ölkələrin arasında deyil, fərdi səviyyədə də xalqlar arasında daha yaxın və səmimi münasibətlərin qurulmasına imkan verəcəyini vurğulayıb.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ