İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni analitik: "II Qarabağ müharibəsindən dərs götürmək lazımdır"

Antalya Diplomatiya Forumu Azərbaycan, Ermənistan və Türkiyənin vasitəçilər olmadan, bir-birləri ilə birbaşa təmaslar qurmaları üçün çox mühüm platformadır.

Bunu APA-nın Türkiyə bürosuna açıqlamasında Ermənistanda fəaliyyət göstərən Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Qirakosyan deyib. O bildirib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin eyni anda bu foruma qatılmaları unikal fürsətdir.

Riçard Qirakosyan vurğulayıb ki, 2020-ci ilin müharibəsindən dərs götürmək lazımdır və diplomatik danışıqlar davam etdirilməlidir.

"Ümid edirəm ki, nazir Ararat Mirzoyan azərbaycanlı və türkiyəli həmkarları ilə həm təkbətək, həm də üçtərəfli formatda görüşəcək”, - o qeyd edib.

Erməni analitikin sözlərinə görə, Ermənistan-Türkiyə normallaşma prosesi Ermənistanla Azərbaycan arasında daha pozitiv mühitin yaranmasına kömək edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR