İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ərdoğanın maaşı deputatların maaşından aşağıdır”

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın maaşının millət vəkilinin maaşından az olduğunu açıqlayıb.

Musavat.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, sözügedən məsələlərin polemikaya çevrilməməsinin tərəfdarı olduğunu bildirib.

"Prezidentimizin maaşı ilə bağlı bəzi açıqlamalar oldu. Baxın, bunu çox açıq və qəti deyim; - hazırda prezidentimizin maaşı deputatın maaşından aşağıdır. Nazir müavinlərinin maaşından aşağıdır. Niyə belədir? Çünki o, şəxsi üstünlükləri ilə bir müddət maaş artımına imkan vermədi", - deyə C.Yılmaz vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR