İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan Rusiya-Ukrayna müharibəsi ilə bağlı AÇIQLAMA

"Bəzi liderlər Rusiya-Ukrayna müharibəsinə soyuqqanlı yanaşmır".

Musavat.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan bildirib ki, soyuq savaş bitəndən sonra sülh üçün yaranan ümid artıq narahatlıqla əvəz olunub. O qeyd edib ki, Qərb ölkələrinin prezidentləri qışı necə keçirəcəklərini düşünürlər:

"Bizmi belə problemimiz yoxdur. Gələcəkdə fundamental siyasi dəyişikliklərin baş verəcəyi qaçılmazdır".

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb.

Toğrul İSMAYIL
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR