Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz Bayramı münasibəti ilə sosial şəbəkə səhifəsində paylaşım edib.
Musavat.com xəbər verir ki, prezident bahar bayramı ilə əlaqədar soydaşlarına, həmçinin qonşu xalqlara təbrik ünvanlayıb.
“Tariximizdə və mədəniyyətimizdə mühüm yeri olan baharın, bərəkətin bayramı olan Novruzun yeni başlanğıclara vəsilə olmasını ümid edirəm. Könülümüzdə, mədəni coğrafiyamızda olan bütün soydaşlarımızı, qardaşlarımızı, qonşularımızı 21 Mart Novruz bayramı münasibəti ilə təbrik edirəm", - deyə paylaşımda qeyd edilib.
Musavat.com
02 Sentyabr 2025
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ