İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan İlon Maska "Tesla" ilə bağlı ÇAĞIRIŞ - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda amerikalı sahibkar, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Maskla görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti yanında İctimaiyyətlə Əlaqələr İdarəsi "X" sosial şəbəkəsində (keçmiş Tvitter) məlumat yayıb.

Görüş zamanı prezident sahibkarı Türkiyədə "Tesla" elektromobil zavodu açmağa çağırıb.

Türkiyə lideri ölkəsinin "SpaceX" ilə əməkdaşlığının potensial inkişafını vurğulayıb və Maskı sentyabrın sonunda İzmir şəhərində keçiriləcək texnologiya sərgisində iştirak etməyə dəvət edib.

Qeyd olunub ki, prezident Maska Türkiyənin rəqəmsallaşma konsepsiyası və süni intellekt sahəsində milli strategiya haqqında da məlumat verib.

Xatırladaq ki, bu, Türkiyə lideri ilə sahibkar arasında ilk görüş deyil. Belə ki, ötən ilin sonlarında onlar Qətərdə dünya çempionatının final matçında qarşılaşıblar. Söhbətin təfərrüatları məlum deyil.

@@TVmusavat/68703@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR