İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan Azərbaycanla bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Qarabağ illərlə işğal altında qaldı, Xocalı kimi qırğınlar oldu, amma heç bir beynəlxalq qurum tədbir görmədi.

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Sakaryada təşkil edilmiş mitinqində vətəndaşlara müraciəti zamanı deyib.

O bildirib ki, Suriyada, Qəzzada insanlar vəhşicəsinə öldürülür, amma heç kim heç bir tədbir görmür:

"Oktyabrın 7-dən bu yana Qəzzada 30 min günahsız fələstinli həlak olub, 70 mindən çox dinc sakin yaralanıb. Qərb dövlətləri və BMT Təhlükəsizlik Şurası faydalı səy göstərmir. Onlar 140 gündür İsrailin insanlığa qarşı cinayətlərini izləyirlər. Bu, onu deməyə əsas verir ki, BMT Təhlükəsizlik Şurası artıq işlək qurum deyil".

Ərdoğan vurğulayıb ki, beynəlxalq təşkilatlar Türkiyə həqiqətlərinə də səssiz yanaşırlar:

"Sabah başımıza bir fəlakət gəlsəydi, bizim üçün də mənzərə fərqli olmazdı. Ona görə də deyirik ki, bizi heç bir beynəlxalq təşkilat müdafiə edə bilməz. Türkiyə özü özünü qorumalıdır. Bir vaxtlar bizə silah satmayanlar indi bizdən silah istəyirlər".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR