Onlayn ictimai-siyasi qəzet
Türkiyə Ukraynanın təhlükəsizliyinin təminatçısı olmaq təklifi alıb.
Bu barədə “RİA Novosti” diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Eyni zamanda, Rusiya Türkiyənin vasitəçiliyinə etiraz etməyib”, - deyə mənbə bildirib.
Bundan əvvəl Ankara Rusiya-Ukrayna danışıqlarının təşkili və aparılmasına yardım etmək niyyətini təsdiqləyib. Türkiyə Təhlükəsizlik Şurasının üzvləri birgə bəyanatda sülh danışıqları üçün səyləri davam etdirməyə çağırıblar.
İyunun əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı aparıb. Söhbət zamanı Türkiyə lideri Kaxovka SES-də baş vermiş partlayışın araşdırılması üçün beynəlxalq komissiyanın yaradılmasını təklif edib. (Cebhe.info)
08 Fevral 2025
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ