İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan zəlzələ bölgəsinə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səhər saatlarında zəlzələ bölgəsinə gedəcək.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə zəlzələ zamanı dünyasını dəyişən AKP-li millət vəkili Yakup Taşın ailəsinə başsağlığında bildirib.

"Allah səbr versin. Bütün Taş ailəsinə başsağlığı verirəm. İnşallah səhər zəlzələ baş verən ərazilərə gedəcəyəm", - Ərdoğan deyib.

Ən son məlumatlara görə, zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR