İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan zəlzələ bölgəsində aparılacaq quruculuq işlərindən danışdı, planları AÇIQLADI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ səbəbindən dağıntıların olduğu ərazilərdə görüləcək bərpa işlərindən danışıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan ciddi ziyan dəyən 214 min binanın müəyyən edildiyini bildirib.

O qeyd edib ki, tikiləcək binalar 3-4 mərtəbəli, 3 və ya 4 otaqlı olacaq.  

Türkiyə prezidenti onu da qeyd edib ki, yeni tikililərin inşası zamanı mühəndislərin rəyləri və digər bu kimi məsələlər nəzərə alınacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR