İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Zelenskinin Türkiyəyə səfəri zamanı Rusiya ilə sülh sammitinin keçirilməsini təklif edib

Prezident Ərdoğan prezident Zelenskinin Türkiyəyə səfəri zamanı Rusiya ilə sülh sammitinin keçirilməsini təklif edib
Ölkəsi NATO üzvü olan, həm Ukrayna, həm də Rusiya ilə yaxın münasibətlərini tarazlaşdırmağa çalışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenskinin cümə günü səfəri zamanı iki ölkə arasında sülh sammitinin keçirilməsini təklif edib.

Sülh razılaşmasının mümkünlüyünü dəfələrlə müzakirə edən Ərdoğan Zelenski ilə görüşündən sonra İstanbulda keçirdiyi mətbuat konfransında Rusiyanın Türkiyənin təklifini dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

“Biz əvvəldən danışıqlar yolu ilə müharibəni bitirmək üçün əlimizdən gələni etdik”, - deyib Ərdoğan, “Biz Rusiyanın da iştirak edəcəyi sülh sammitini keçirməyə də hazırıq”.

Ukrayna Rusiya ilə birbaşa sülh danışıqlarında iştirak etməmək öhdəliyinə sadiq qalır və Zelenski dəfələrlə bildirib ki, sülh danışıqlarında təşəbbüs işğal edilmiş ölkəyə məxsus olmalıdır.

Zelenski deyib ki, istənilən sülh danışıqları onun əvvəllər təklif etdiyi 10 bəndlik plana uyğun olmalıdır, bu plana ərzaq təhlükəsizliyi, Ukraynanın ərazi bütövlüyünün bərpası, Rusiya qoşunlarının çıxarılması, bütün məhbusların azad edilməsi, təcavüzə görə məsuliyyət daşıyanlar üçün tribunal və Ukrayna üçün təhlükəsizlik zəmanət daxildir.

“Bu müharibəni həll etmək üçün hər hansı təkliflər öz torpağını və xalqını müdafiə edən dövlətin təklif etdiyi düsturla başlamalıdır” deyə o bildirib, - “Biz ədalətli sülh istəyirik”

Ukrayna lideri ümid etdiyini bildirib ki, bu il İsveçrədə keçirilməsi gözlənilən ilk sülh sammitində təkcə Odessada deyil, Ukraynanın cənubundakı Nikolayevdə də bütün Ukrayna limanlarının yenidən açılması imkanları nəzərdən keçiriləcək.

Ukrayna Hərbi Dəniz Qüvvələri üçün korvetlərin tikildiyi gəmiqayırma zavodlarını ziyarət edən Zelenski X-də Türkiyə hökuməti və korporasiyaları ilə ortaq müdafiə layihələri ilə bağlı razılaşmaların əldə edildiyini deyib. O, “Telegram”da bildirib ki, onlar həmçinin ticarəti sadələşdirmək və biznes üçün maneələri aradan qaldırmaq barədə razılığa gəliblər.

Ərdoğan bildirib ki, Qara dəniz gəmi dəhlizində sabitliyi müzakirə ediblər və o, Türkiyənin “Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə” dəstəyini bir daha təsdiqləyib. /Turan

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR