İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan yeni hökumətin birinci vəzifəsini AÇIQLADI 

“Türkiyənin ixracatının 2023-cü ildə 265 milyard dollara çatacağı gözlənilir. 2028-ci ildə isə bu rəqəmi 400 milyard dollara çatdırmaq niyyətindəyik”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda çıxış edərkən belə deyib.

Ərdoğan bildirib ki, hazırda beynəlxalq vəziyyət əlverişsiz olsa da, Türkiyə öz iqtisadiyyatını gücləndirməyə davam edəcək.

O, may ayında keçirilən parlament və prezident seçkilərindən sonra formalaşan yeni hökumətin əsas vəzifələrindən birinin inflyasiyanın azaldılması olduğunu söyləyib.

“Biz inflyasiyanı yenidən tək rəqəmə endirəcəyik” - Ərdoğan vurğulayıb. (Oxu.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR