İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan SƏRT DANIŞDI - Türkiyə buna səssiz qalmayacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən axşam İsrail prezidenti İsaak Hersoqla telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, iki ölkə lideri İsrail təhlükəsizlik qüvvələrinin Məscidül-Əqsaya basqını, Qiblə məscidinə hücumu və müqəddəs yerlərdə olanlara qarşı müdaxilələri müzakirə edib.

Hadisələrin müsəlmanlar qədər bütün bəşəriyyətin vicdanını yaraladığını bildirən Ərdoğan Məscidül-Əqsanın statusuna qarşı təxribatlar və təhdidlər qarşısında susmalarının mümkün olmadığını vurğulayıb.

Türkiyə lideri bildirib ki, Ramazan ayının xristianların Pasxa bayramı ilə üst-üstə düşdüyü bu həssas dövrdə Qəzza və Livana sıçrayan gərginliyin artmasına imkan verilməməlidir.

Radikal yəhudi qruplarının Məscidül-Əqsaya basqın çağırışlarının narahatlıqları artırdığını ifadə edən Ərdoğan müsəlmanların heç bir problem olmadan namazlarını qılmaları üçün lazımi tədbirlərin görülməsinin vacibliyinə diqqət çəkib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR