İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan sabah Putinlə "referendum"ları müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə o, “CNN Türk” və “Kanal D” telekanallarına müsahibəsində deyib.

Ərdoğan qeyd edib ki, bu danışıq Türkiyənin təşəbbüsü ilə baş tutacaq və o rusiyalı həmkarı ilə Ukraynadakı son vəziyyəti, xüsusən də Ukrayna regionlarında baş tutan “referendum”ları müzakirə edəcək: “Mən sülh mövzüsünda ümidsiz deyiləm. Dərhal belə nəticə əldə edəcəyimizi söyləmək xəyal olardı. 4 şəhərdə keçirilən referendum hadisəsi bəla gətirir. Kaş belə bir referendum keçirilməyəydi. Amma biz bütün bunları diplomatiya yolu ilə həll edə bilərdik, onlar da edə bilərdilər. Analoji vəziyyət 2014-cü ildə Krımda baş vermişdi. O zaman uğur qazana bilmədik. Cənab Putinə “Krımda yoldaşlarımız var, atdığınız addım düzgün deyil” dedik, amma alınmadı. Cənab Zelenski də 4 regionda referendumla bağlı dəstəyimizi istəyir. Dostlarım əlaqə saxlayacaq və mən sabah Putinlə bu məsələləri ətraflı müzakirə etmək istərdim”,- deyə Ərdoğan bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR