İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Paşinyandan DANIŞDI - Nikol buna görə geri addım atmır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırıb.

Musavat.com xəbər verir ki, o, Ermənistanda Paşinyana qarşı mənfi fikirlərin olduğunu diqqətə çatdırıb.

Ərdoğan qeyd edib ki, yenidən prezident seçildikdən sonra keçirilmiş andiçmə mərasimində Ermənistanın baş naziri ilə qısaca söhbət edib:

“Paşinyan Türkiyə tərəfinin dəvətinə müsbət cavab verib, ölkəsində bir çox maneələri dəf edib. Mərasim zamanı onunla qısaca ünsiyyət qurmaq imkanım oldu. Türkiyəyə səfərinə görə mənə minnətdarlığını bildirdi”.

Ərdoğan Nikol Paşinyanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı açıqlamasını da qiymətləndirib:

“Bu, vacib məqamdir. Amma Ermənistanda Paşinyana qarşı mənfi fikirlər var. Bu isə onun geri addım atmasına mane olur”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR