Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan səfərindən qayıdarkən təyyarədə gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.
Musavat.com "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə lideri verdiyi açıqlamada İspaniya baş naziri Pedro Sançesi Qəzza hadisələrinə qarşı tutduğu mövqe ilə bağlı "Qərbin ən cəsur adamı" adlandırıb.
Onun açıqlamalarında aşağıdakı ifadələr yer alıb:
"İspaniyanın baş naziri Sançes həqiqətən də Qərb liderləri arasında ən cəsuru oldu. Bütün problemlərə baxmayaraq, Sançes irəli getdi və Avropa Birliyi ölkələri tərəfindən Fələstini tanımaq əzmini nümayiş etdirdi. İspaniya Sançeslə "Mən Fələstinin Avropa Birliyi tərəfindən tanınması üçün təklifimi verəcəm" deyəcək qədər cəsarətli çıxdı. Ona görə də onu alqışlayıram".
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ