İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ərdoğan getsə, Türkiyənin boyutu dəyişəcək, kiçiləcək, böyük projelər yarım qalacaq" - Rauf Arifoğlu

“Ərdoğan dəyişsə, Türkiyənin də boyutu dəyişəcək”.

Bu sözləri hazırda TV Müsavatın efirində yayımlanan, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə “Dərin Təhlil” verilişində R.Arifoğlu bildirib.

Onun sözlərinə görə, Ərdoğanın illərlə əldə etdiyi kommunikasiyaları əldə etmək üçün istənilən siyasətçi üçün ən azı 15 il lazımdır: “Ərdoğanın Putin və ya onun yerinə gələcək şəxsə ərk eləməsi, Makrona “Makron, gəl səni türk birliyinə daxil edək” deyə jest etməsi, Boris Consonun ciynini sıxıb, “bu da türkdür, yahu” deməsi... Bu tövrlər sadə tövrlər, ya da bir siyasətçinin davranış tərzi deyil. Bunlar qazanılmış gücdür, bu tövrlər arxasında böyük və güclü Türkiyəni, türk dünyasını hiss edən, alternativ yaradan, Avropa ilə Rusiya arasında bir Turan xətti yaratmaq iddiasında olan bir liderin jestləridir. Bizi maraqlandıran budur. Biz Türkiyənin bütününü sevirik. Meral Akşenerini də, Dövlət Baxçalı bəyi də, digərlərini də. Sadəcə, biz həm türk dünyasını, həm Azərbaycanı düşünərək, “bir müddət Ərdoğanla davam edək” deyə dua edirik. Ona da yaxınlaşmışıq. Seçkilərə az müddət qalıb, amma bütün gündəmi, nizamı zəlzələ dəyişdi. Azərbaycanla bağlı çoxlu sayda yeniliklər var. Putinin xüsusi nümayəndəsi hazırda Ermənistandadır, İranla Ermənistanın birgə planından danışacaqdıq. Ya da deyəcəkdik ki, fürsət bu fürsətdir, girib Ağdərəni götürək. Amma biz indi zəlzələdən danışırıq. Çünki intuitiv, zehni anlayırıq ki, orda nə baş verirsə, bizə aiddir, bizim taleyimizdir. Orda zəlzələ altında yatan insanlar bizim canımızdır”.

Verilişi izləmək üçün aşağıdakı linkə daxil ola bilərsiz.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR