İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Pakistan və Əfqanıstanla bağlı HƏRƏKƏTƏ KEÇMƏK istəyir

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Pakistan ilə Əfqanıstan arasında davam edən hərbi qarşıdurmanı nizamlaya biləcəyinə inanır.

Musavat.com xəbər verir ki, onun çıxışının videosu Ağ Evin saytında dərc olunub.

“Mən eşitmişəm ki, hazırda Pakistanla Əfqanıstan arasında müharibə gedir. Mən indi başqa bir münaqişə ilə də məşğulam, çünki münaqişələrin həlli sahəsində yaxşıyam,” – deyə Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Donald Tramp əlavə edib ki, artıq “milyonlarla insanın həyatını xilas etdiyini” düşünür və bunun “Nobel mükafatı naminə deyil, insan həyatını xilas etmək üçün” etdiyini vurğulayıb.

Qeyd edək ki, bir qədər əvvəl Əfqanıstanın Hilmənd vilayəti ərazisində silahlı toqquşmalar barədə məlumat yayılmışdı. Bildirilib ki, Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistanın Lahor şəhərinə zərbə endirib. “Taliban” hərəkatının rəsmi nümayəndələri əməliyyat barədə təfərrüatları açıqlamayıblar.

Əfqanıstanın TOLOnews telekanalı məlumat verib ki, toqquşmalar nəticəsində azı 58 pakistanlı hərbçi həlak olub. Pakistanın “Geo TV” telekanalı isə döyüşlərdə onlarla əfqan hərbçisinin öldüyünü bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR