Onlayn ictimai-siyasi qəzet
“Türk şirkətləri 2012–2013-cü illərdən etibarən Ermənistanda fəaliyyət göstərirlər”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan parlamentdə jurnalistlərə açıqlamasında danışıb.
Erməni nazirin sözlərinə görə, “türk və ya azərbaycanlı maliyyə resurslarının amerikalı şirkətlərin adı altında fəaliyyət göstərməsi” barədə iddialar əsassızdır.
Papoyanın sözlərinə əsasən, hazırda Ermənistanın pərakəndə geyim bazarında bir neçə türk brendi fəaliyyət göstərir və onlardan biri birbaşa, vasitəsiz şəkildə ölkədə təmsil olunur.
“Mən bu investisiyaları alqışlayıram, çünki qonşular arasında sülh istənilirsə, bu, maliyyə yatırımları ilə dəstəklənməlidir. Əgər biz regionda davamlı sülh istəyiriksə, iqtisadi əməkdaşlıq vacibdir”, - deyə o vurğulayıb.
Papoyanın fikrincə, sərhədlərin açılmasından və sülhün bərqərar olmasından sonra Türkiyədən Ermənistana investisiyaların gəlməsi, eyni zamanda Ermənistanın da Türkiyəyə sərmayə qoyması tamamilə təbii hal olardı:
“Əgər bunun əksini düşünürsünüzsə, son 30 ilin dövlət tariximizə baxın - iqtisadi təcrid bizi davamlı inkişaf etdirə bilməyib”.
TRIPP layihəsinə də toxunan Gevorq Papoyan bildirib ki, bu sahədə əməkdaşlıq yalnız ABŞ-la həyata keçirilir.
“Lakin əgər hansısa ölkəyə məxsus hotel brendi – məsələn, türk hoteli – açmaq mümkündürsə, niyə də olmasın?”, - deyə nazir qeyd edib.
Musavat.com
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ