Onlayn ictimai-siyasi qəzet
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
İclasın gündəliyinə terrorsuz Türkiyə prosesi, Suriyada baş verən hadisələr, eləcə də İsrailin Qəzzaya endirdiyi zərbələr daxil edilib.
Bununla yanaşı, iclas zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə ediləcək.
Qeyd edilib ki, bu, Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının il ərzində keçirəcəyi ikinci iclas olacaq./Qafqazinfo.az/
21 Mart 2025
20 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ