İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən böyük rüşvət SKANDALI: Deputat həbs olundu - ŞOK OLAY

Belçika polisinin 9 dekabr Ümumdünya Korrupsiyaya Qarşı Mübarizə Günündə həyata keçirdiyi əməliyyat nəticəsində Avropa Parlamentinin Belçikada fəaliyyət göstərən 14 vitse-prezidentindən biri olan Eva Kaili Qətərdən rüşvət aldığı səbəbilə əli olduğu korrupsiya istintaqı ilə əlaqədar paytaxt Brüsseldə saxlanıb. 

Hadisənin Avropa Parlamentində (AP) ən böyük korrupsiya qalmaqalı olduğu bildirilir.

Musavat.com xəbər verir ki, bu gün Avropa İttifaqı yunanıstanlı millət vəkili Eva Kaili ilə bağlı qərar verib.

Aİ-nin Eva Kailinin titulunu geri alması ilə bağlı qərarı Kailiyə Avropa Parlamentinin sədri Roberta Metsola tərəfindən şəxsən çatdırılıb.

"Davam edən məhkəmə araşdırması fonunda mən Avropa Parlamentinin vitse-prezidenti kimi sizə həvalə edilmiş bütün səlahiyyətləri, vəzifələri və məsuliyyətləri dərhal dayandırmaq qərarına gəldim" -  Metsolanın Kailiyə göndərdiyi rəsmi məktubda qeyd olunub.

Yunanıstan parlamentinin deputatı Eva Kaili, sevgilisi Francesco Giorgi və keçmiş AP üzvü Pier Antonio Panzeri barəsində həbs qətimkan tədbiri seçilib.

6396b4164e3fe10098448bc7.jpg (49 KB)

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Luka Visentini isə şərti azadlığa buraxılıb. Sərbəst buraxılanlar arasında otelin çıxışında pulla dolu çamadanla tutulan Kailinin atası da var.

Qeyd edək ki, Belçika polisinin axtarışları zamanı ümumilikdə 600 min avro nağd pul, kompüter avadanlığı və cib telefonunun ələ keçirilib.

Bu qalmaqaldan sonra rəsmi Afinanın hansı addımı atacağı maraqla gözlənilirdi.

Yunanıstanın Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Departamentinin rəhbəri Haralambos Vurliotis korrupsiya ittihamı ilə vəzifəsindən uzaqlaşdırılan Avropa Parlamentinin vitse-prezidenti Eva Kailinin aktivlərinin dondurulduğunu açıqlayıb.

Banklara və dövlət idarələrinə lazımi məlumatların verildiyini bildirən Vourliotis deputatın ailəsinə də sanksiyalar tətbiq edildiyini bildirərək, qərarın bank hesabları, şirkətlər və digər mal varlıqlarını əhatə etdiyini bildirib.

Qeyd edək ki, 44 yaşlı yunan siyasətçi Türkiyəyə qarşı qalmaqallı açıqlamalar verməsi ilə daim gündəmdə olub.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR