Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makronun təsdiq reytinqi 21%-ə enərək, onun vəzifəyə başladığı vaxtdan bəri ən aşağı səviyyəyə çatıb. Musavat.com xəbər verir ki, bu barədə Le Journal du Dimanche qəzeti məlumat yayıb.
Məlumata görə, 2024-cü ilin dekabrında Makronun reytinqi 24% idi. Son aylarda isə bu göstərici daha da azalıb.
Qəzet qeyd edir ki, Makronun dəstəyi əsasən pensiyaçılar və yaşlı vətəndaşlar arasında əhəmiyyətli dərəcədə azalıb. Bu seçici qrupları ənənəvi olaraq onun əsas elektoratını təşkil edirdi. Lakin prezidentin reytinqi bu kateqoriyada əvvəlki göstəricilərlə müqayisədə 10% düşüb.
Makronun azalan reytinqi Fransa siyasətində ciddi müzakirələrə səbəb olub. Ekspertlər bu tendensiyanı yaşlı seçicilər arasında sosial siyasətlə bağlı narazılıqla əlaqələndirir.
Musavat.com
27 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ