İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarov "Sea Breeze"də pulsuz ev təklif edir: nələr etmək lazımdır - BU YAZIDA!

İlk yayım zamanı 14:15

Xalq artisti Emin Ağalarov sosial şəbəkə hesabında “Sea Breeze” istirahət mərkəzində tam təmirli ev hədiyyəsi ilə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, müğənni paylaşımında bildirib:

“Biz sizə Xəzər dənizinin sahilində yerləşən “Sea Breeze”nin ən gözəl yaşayış massivlərindən biri olan “Park Residences 2”-də təmirli və əşyalı hazır mənzili tamamilə pulsuz əldə etmək şansı veririk!

Kampaniyamızda iştirak etmək çox sadədir:

- Bu postu bəyənin və @eminofficial @seabreezeresortbaku @seabreeze.realestate hesablarını izləyin

- Bu postu hekayənizdə repost edin

- İstənilən şərhi bu postun altına yazın

Kampaniya oktyabrın 10-da başa çatır. Nəticələri oktyabrın 17-dən gec olmayaraq randomizatordan istifadə edərək yekunlaşdıracağıq. Uğurlar!”.

Qeyd edək ki, paylaşımdan sonra  dələduzlar ortaya çıxıb. Onlar müsabiqədə iştirak edənlərə “Təbrik edirik, siz “Sea Breeze”də ev qazandınız” mesajı göndərir, daha sonra naməlum linkə daxil olub qeydiyyatdan keçmələrini tələb edirlər.

Emin Ağalarov bu məsələyə aydınlıq gətirərək bildirib ki, müsabiqə ilə bağlı bütün rəsmi məlumatlar yalnız “seabreeze.realestate”, “seabreezeresortbaku” və “eminofficial” Instagram səhifələrində təqdim olunur.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR