Onlayn ictimai-siyasi qəzet
Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev işdən çıxıb.
O, bir müddət əvvəl tutduğu vəzifədən kənarlaşıb.
Mədəniyyət Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.
Bildirildi ki, Elman Rəfiyev bir müddət əvvəl öz xahişi ilə ərizə yazaraq işdən ayrılıb.
Qeyd edək ki, Elman Rəfiyev 2009-cu ildən Dövlət Pantomima Teatrının direktoru postunu tutub.
Bir neçə il əvvəl teatrın dövlətə 150 min manatdan çox vergi borcunun olması barədə xəbərlər yayıldı.
Bundan sonra Elman Rəfiyevin ölkədən çıxışına da qadağa qoyulmuşdu.
11 Iyul 2025
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ