Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampın dövlət aparatını kiçiltmək üçün təyin etdiyi texnologiya milyarderi Elon Mask, federal hökumətin xərclərini 1 trilyon dollar azaltmaq üzrə olduğunu açıqlayıb.
Maskın sözlərinə görə, vəzifə müddətinin bitməsinə 64 gün qalmış bu hədəfə demək olar ki, çatılıb.
Musavat.com Reuters-ə istinadla bildirir ki, Mask bu vəzifəni Prezident Trampın birbaşa göstərişi ilə həyata keçirir və məqsəd dövlət xərclərinin səmərəliliyini artırmaq, artıq qurum və layihələri ləğv etməklə böyük miqdarda qənaətə nail olmaqdır.
Mənbələr bildirir ki, Maskın rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində bir sıra dövlət layihələri dayandırılıb, bəzi agentliklər isə birləşdirilərək daha çevik idarəetmə sisteminə keçib.
Elon Mask, bu prosesin yalnız büdcə qənaəti ilə məhdudlaşmadığını, həm də dövlət strukturunun yenilənməsi və texnologiyaya əsaslanan qərarların artırılması istiqamətində geniş bir yol xəritəsinin tərtib olunduğunu bildirib.
Vəzifəsinin rəsmi olaraq 64 gün sonra sona çatacağı gözlənilən Mask, bu müddət ərzində ABŞ büdcə tarixində ən böyük islahatlardan birini tamamlayacağını vurğulayıb.
Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ