İnsanlara hürriyət, millətlərə istiqlal!

Elməddin Cəfərov: "Avtomobilim altımda partladı" - VİDEO

Aktyor Elməddin Cəfərov maraqlı açıqlaması ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, "10-da görüşək" proqramına qonaq olan aktyor başına gələn maraqlı hadisədən danışıb. O, ilk avtomobilinin içində olan zaman nəqliyyat vasitəsinin partladığını deyib:

"Fərdayla ilk dəfə maşın almışdıq. Hazırda o maşından yoxdur, 1974-ci ilin modeli idi. Getdiyimiz yerdə avtomobil altımızda partladı. Açarı yox idi, naqilləri birləşdirərək maşını işə salırdıq. Alanda demişdilər ki, avtomobili işə salanda və söndürəndə ehtiyatlı olun. Normalda maşını işə salanda partlamalıdır, bizdə əksinə oldu. Sükan arxasında Fərda idi. Soruşdum ki, nə oldu? Bir də gördüm, Fərda düşüb qaçıb, Ayna Sultanovanı keçib. Əslində isə təşvişə düşəndə qaçmaq olmur. Mən də təşvişdə idim, şüşə qaldıranı dartırdım ki, qapı açılsın. Zülmlə açıb düşdüm. İlk avtomobilim altımda partladı".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR