Onlayn ictimai-siyasi qəzet
Mingəçevirdə əlilliyi olan vətəndaşın 17 ildir ki, aldığı ünvanlı sosial yardımı dayandırılıb. Xezerxeber.az-ın məlumatına görə, Mingəçevirdə yaşayan keçmiş məcburi köçkün İlqar Göyüşovun ünvanlı sosial yardım almasında problem yaranıb.
İkinci qrup əlilliyi olan vətəndaş ötən ilin may ayına qədər dövlət tərəfindən təyin edilən 390 manat sosial yardım aldığını, bununla ailəsini normal dolandırdığını bildirib. Bir ildən artıqdır ki, yenidən ünvanlı sosial yardım almaq üçün müraciət etsə də, ona imtina verilib.
İlqar Göyüşov sağlamlıq vəziyyətinə görə hər hansı işdə çalışıb pul qazana bilmədiyini deyir. Ona verilən əlillik müavinəti ilə dolanmağın çətin olduğunu bildirir. Bu səbəbdən sosial yardımın bərpasını vacib hesab edir.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, Mingəçevir şəhər sakini İlqar Şahlar oğlu Göyüşovun ünvanlı sosial yardımla bağlı 5 aprel 2024-cü il tarixli müraciətinə əsasən ailənin yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi həyata keçirilib. Müraciətə ailə üzvü - Samir Zahid oğlu Əliyevin ailə ilə birlikdə yaşamaması səbəbi ilə imtina verilib. Qeyd edək ki, bundan əvvəlki müraciətlərdə də maddi-məişət müayinəsi zamanı sözügedən ailə üzvü ünvanda olmayıb.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ