Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sosial müavinətlərin artırılması haqda Fərman imzalayıb.
Musavat.com-un məlumatına görə, buraya əlilliyə görə sosial müavinətlər də aiddir.
Fərmana əsasən, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 (üç yüz) manat, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 (iki yüz əlli) manat, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 (yüz səksən) manat sosial müavinət veriləcək.
Sosial müavinətlər 2025-ci il iyulun 1-dən artırılır.
Sözügedən müavinətlərin əvvəlki məbləği müvafiq olaraq 270, 220 və 150 manat idi.
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ