Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Baş naziri Əli Əsədov Mixail Mişustini Rusiya Federasiyası Hökumətinin sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Bu barədə Musavat.com-a Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazir M.Mişustinin Azərbaycanla Rusiya arasında dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan çoxşaxəli münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəni qeyd edib.
M.Mişustinin rəhbərlik etdiyi hökumətin fəaliyyətinin bundan sonra da iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və strateji tərəfdaşlığın dərinləşməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ