Onlayn ictimai-siyasi qəzet
Ələt-Astara yolunun 70-ci km-də ağır yol nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya verilən xəbərə görə, Rusiya Federasiyası vətəndaşı U.Kərimovun idarə etdiyi "Volvo" markalı B082OK06 nömrə nişanlı yük avtomobili qarşıda hərəkət edən Bakı şəhər sakini Fərziyev Məhərrəm Balaxan oğlunun idarə etdiyi "Vaz-21051" markalı 99-NA-636 nömrə nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində “Vaz-21051" markalı avtomobilin sürücüsü və 2 nəfər sərnişini həlak olub.
İkin ehtimala görə qəzanın baş verməsinə səbəb yük avtomobili sürücüsünün diqqətsizliyi və "Vaz-21051" markalı avtomobilin sürücüsünün sürət həddi yüksək olan magistral yolda sağ zolaq boş olduğu halda avtomobili sol zolaqla və aşağı sürətlə idarə etməsidir: "Eyni zamanda "Vaz-21051" markalı avtomobilin istismar müddətinin 33 ildən artıq olması, texniki vəziyyətinin müasir tələblərə cavab verməməsi və qəza zamanı böyük əhəmiyyət kəsb edən təhlükəsizlik avadanlıqlarının olmaması bu qəzada ölüm hallarının baş verməsinin əsas səbəblərindəndir".
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ