Onlayn ictimai-siyasi qəzet
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Azergold” QSC-nin əməkdaşları üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq və kibergigiyenanı təmin etmək məqsədilə maarifləndirmə tədbiri keçirib.
Musavat.com xəbər verir ki, ümumilikdə 35 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşı tərəfindən “Onlayn mühitdə kibertəhlükəsizlik” və “Kibertəhlükəsizliyin təməlləri” mövzularında çıxışlar edilib.
Tədbirlərin keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”na uyğun olaraq informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq, kibergigiyenanı təmin etməkdir.
Təlim çərçivəsində əməkdaşların məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə təlimdən əvvəl və sonra test tapşırıqları icra edilib.
21 Fevral 2025
20 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ