“Fransanın Azərbaycanla mədəni körpüləri yandırmağı - ən axırıncı işdir”.
Bunu Fransanın “Le Monde” qəzetinə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
O, Fransanın Evian şəhərində 2017-ci ildə ucaldılmış XIX əsr Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı ötən il dekabrın 30-da törədilən vandalizm aktını pisləyib.
Fransanın Azərbaycana qarşı çaşdırıcı, dərindən məyusedici və düşüncəsiz davranışına toxunan prezident nümayəndəsi xarici dövlətlərlə münasibətlərimiz tarixində ilk dəfədir ki, hansısa ölkənin ikitərəfli münasibətlərimizə əsaslanmayan, ancaq erməni diasporunun təzyiqi ilə qəbul edilən bu qədər qərəzli qətnamələr qəbul etdiyini vurğulayıb.
Paris və Bakı arasında münasibətlərdə davam edən diplomatik böhrana həsr olunan məqalədə, həmçinin Milli Məclisin yanvarın 18-də Azərbaycan hökumətinə bir gün əvvəl Fransa Senatı tərəfindən qəbul edilmiş növbəti anti-Azərbaycan qətnaməsinə etiraz olaraq Fransa ilə bütün iqtisadi əlaqələri kəsmək çağırışına istinad edilib.
ŞƏRHLƏRŞƏRH YAZ