İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlcəzair Livanı qaranlıqdan çıxarır

Əlcəzair Xalq Demokratik Respublikasının (AXC) Baş naziri Nadir Larbaui ilə livanlı həmkarı Nəcib Mikati arasında telefon danışığı olub.

Musavat.com "Ennahar" onlayn informasiya portalının məlumatına istinadən xəbər verir ki, Larbaoui Livanlı həmkarına Əlcəzair prezidenti Əbdülməcid Tebbunun "indiki çətin şəraitdə qardaş Livana dərhal böyük miqdarda yanacaq tədarük etmək" qərarına gəldiyini deyib.

Əlcəzairin yardımında məqsəd Livanda elektrik stansiyalarının fəaliyyətini və ölkənin elektrik enerjisi təchizatını bərpa etməkdir.

Qeyd edək ki, avqustun 17-də bütün Livan ərazisi iki böyük istilik elektrik stansiyasında yanacaq çatışmazlığı səbəbindən işıqsız qalıb. Livanda elektrik enerjisinin istehsalı və paylanması üzrə ixtisaslaşan ən böyük dövlət müəssisəsi "Électricité du Liban" yanacaq çatışmazlığı səbəbindən işini dayandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR