İnsanlara hürriyət, millətlərə istiqlal!

El evə sığmazmış - Ukraynalı qaçqınlar İrlandiyada monastırdakı sığınacaqdan çıxarılır

İrlandiyadakı ukraynalı qaçqınlara 24 saat ərzində monastırı tərk etməli olduqları bildirilib. 

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Qolvey şəhərindəki monastırda 40-dan çox ukraynalı qaçqının yaşadığı qeyd edilir. Bina yaşayış mərkəzinə çevrilib. Sakinlərə “yanğın təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar” səbəbindən 24 saat ərzində sığınacağı tərk etməli olduqları bildirilib.

Monastırda yaşayan bir qaçqın deyib: "Əlbəttə, biz şoka düşdük, çünki bu yerin bizim evimizə çevrildiyini düşünürdük".

Bundan əvvəl bildirilirdi ki, iyulun 1-dən Çexiyada ukraynalı qaçqınlar üçün mənzil haqqının ödənilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minəcək ki, bu da mənzil çatışmazlığı və ukraynalıların evlərinə kütləvi şəkildə qayıtması risklərini artıracaq. İyul ayından etibarən ukraynalıları qəbul edən Çexiya sakinləri artıq köhnə sxem üzrə qaçqınların yerləşdirilməsi üçün ödəniş almayacaqlar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR