İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspertdən MİDA ilə bağlı İLGİNC açıqlama

Xəbər verdiyimiz kimi, dekabrın 16-da Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti onlayn satışı keçiriləcək. MİDA bununla bağlı əlavə təhlükəsizlik tədbirləri gördüyünü açıqlayıb.

Bəs MİDA-nın budəfəki onlayn satışı zamanı hansı yeniliklər gözlənilir?

osman.jpg (66 KB)

Musavat.com xəbər verir ki, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz məsələyə bu cür şərh verib:

"Sürprizlərə, CAPTCHA ilə bağlı yeniliklərə hazır olmaq lazımdır. "Güzəştli mənzil" sisteminin DEMO versiyası hələlik aktivdir. Bu dəfə istifadəçilər ASAN imza ilə bərabər, SİMA rəqəmsal imzadan da istifadə edib sistemə daxil ola biləcəklər. Öncədən bütün prosesləri DEMO ilə test etmək mühüm əhəmiyyət kəsb edir. Bu sınaq versiyada məşq etmədən uğur qazanmaq şansı, demək olar ki, yoxdur. Hələlik MİDA növbəti onlayn satış prosesində şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi, canlı yayımın təşkili, ötən problemlərin təkrarlanmaması üçün atılacaq addımlar haqqında açıqlama verməyib".

Qeyd edək ki, MİDA-nın budəfəki onlayn satışı zamanı ilk dəfə olaraq Gəncə və Sumqayıt şəhərlərində də güzəştli mənzilin satışı həyata keçiriləcək.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR