Onlayn ictimai-siyasi qəzet
İstanbul Respublika Prokurorluğunun CHP İBB Bələdiyyə sədri Əkrəm İmamoğlu haqqında başlatdığı istintaqda artıq 106 nəfər haqqında həbs qərarı çıxarılıb.
Musavat.com xəbər verir ki, bununla bağlı iqtidara yaxınlığı ilə bilinən “Sabah” qəzeti tərəfindən yeni məlumatlar yayılır.
Gələn xəbərlərə əsaəsn həbs olunanlardan biri Türkiyənin böyük media rəhbərlərindən sayılan “Fənərbaxça” klubunun vitse-prezidenti Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşının bacısı ilə evli olan Merthan Açıl olub. Qeyd edək ki, Acun Ilıcalı həm də İngilitərənin 2-ci divizyonunda çıxış edən “Hull City” klubunun da sahibidir. Həmin Merthan Açıl da məhz həmin klubda çalışırmış.
Əməliyyatdan sonra Açıl tələsik sosial media hesablarını bağlayıb.
Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşının bacısı Kübra Açılla evli olan və Acunun “Hall City” komandasında çalışan Açılın 2019-cu ildən bəri qurduğu reklam şirkətinin İstanbul Böyükşəhər Bələdiyyəsindən ardıcıl tenderlər aldığı məlum olub və barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq çərçivəsində Hull City-də işləyən Merthan Açılın sahibi olduğu şirkətin İstanbul Böyükşəhər Bələdiyyəsindən 334 milyon 718 min 500 TL (təxminən 10 milyon dollar) dəyərində müstəsna tenderlər aldığı məlum olub. Haqqında həbs qətimkan tədbiri seçilən Merthan Açıl-a məxsus Creative Medya Reklam A.Ş konqreslər, toplantılar, mərasimlər, yarmarkalar, seminarlar, konsertlər, festivallar, teatr tamaşaları, sərgilər və təqdimatlar təşkil etməklə məşğul olub.
Musavat.com
21 Mart 2025
20 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ