Onlayn ictimai-siyasi qəzet
Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edib.
Fövqəldə Hallar Nazirliyinin Mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, əvvəlcədən xəbərdar edildiyi kimi, ötən gündən başlayaraq ölkə ərazisində güclü yağış və küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti hökm sürür.
Təbii hadisənin yaratdığı fəsadların aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə operativ tədbirlər görür, əhalinin həyat və təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq addımlar atır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək hazırda müşahidə olunan və aprelin 17-nə qədər davam etməsi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına və aidiyyəti qurumların xəbərdarlıqlarına ciddi əməl etməyə, o cümlədən zərurət olmadığı halda yaşayış yerini tərk etməməyə çağırır.
Bu və gündəmdəli digər xəbərləri bu gün saat 14.15-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ