Onlayn ictimai-siyasi qəzet
Dekabrın 25-də və ertəsi gün Yerdə maqnit qasırğaları olacaq.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu proqnoz verib.
Məlumata görə, maqnit qasırğalarının G1 (kiçik qasırğa) səviyyəsinə çatacağı gözlənilir.
Bildirilir ki, qasırğa dekabrın 25-i axşam və 26-sı gündüz saatlarında baş verəcək.
"Tac kütləsinin atılmasından sonrakı mümkün təsirlər və tac dəliyindən mümkün axın səbəbindən G1 sinifli zəif maqnit qasırğası dekabrın 26-sı günorta saatlarından sonra da gözlənilir", - deyə FOBOS mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus qeyd edib. (Oxu.Az)
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ