İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhaliyə PİS XƏBƏR: bu məhsul yenidən bahalaşa bilər - VİDEO

Növbəti aylarda düyü yenidən bahalaşa bilər.

Asiya bazarında düyünün qiyməti aprelin əvvəlindən 71 dollar artaraq, bir ton üçün 649 dollara yüksəlib. Mövcud qiymət son 15 ildə ən yüksək göstərici kimi dəyərləndirilir.

İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, düyü ixracında əsas pay sahibi olan ölkələrdə qeyri-sabit hava şəraiti ilə əlaqədar məhsuldarlığın xeyli aşağı düşməsi qiymətlərə mənfi təsir edən əsas amillərdən biridir:

"Dünya bazarının 40 faizini düyü ilə təmin edən Hindistanın ötən il ixraca qoyduğu məhdudiyyətin davam etməsi də qiymətlərə təsir edir".

Ekspert əlavə edib ki, qiymətlər dəyişdiyinə görə daxili bazarda yenidən bahalaşma olacağı proqnozlaşdırılır. Bu ilin ilk üç ayında ölkəyə dəyəri 20 min dollardan çox, 20 min tona yaxın düyü idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə düyü idxalında 14%-ə yaxın azalma olsa da, məhsulun dəyəri 3,8 faiz artıb.

Ekspert qeyd edib ki, düyünün qiymətində ən yüksək artım ilin əvvəlində müşahidə edilib.

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR