İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Avropadan ən azı 130 milyard avro “təzminat krediti” alacaq

Avropa İttifaqının Rusiya aktivləri əsasında Ukraynaya verdiyi “təzminat krediti” 130 milyard avroya çata bilər. Musavat.com  Reuters-ə istinadən xəbər verir ki, yekun məbləğ Beynəlxalq Valyuta Fondu ilə razılaşdırılacaq. Kredit Kiyevə hərbi səylərini maliyyələşdirməyə kömək etmək üçün istifadə olunacaq. Ukrayna onu yalnız gələcək sülh sazişi çərçivəsində Rusiyadan təzminat aldıqdan sonra ödəyəcək.

Rusiyanın Avropadakı təxminən 210 milyard avro dəyərində olan aktivlərinin böyük hissəsi Belçikanın Euroclear mərkəzi depozitarında saxlanılır. Euroclear-dakı aktivlərin 175 milyard avrosu artıq ödəmə müddətini başa vurmuş və kredit üçün əsas yarada biləcək nağd pula çevrilib. Agentliyin mənbələrinə görə, Aİ itkiləri kompensasiya etmək üçün kreditə razılıq verməzdən əvvəl, ötən il razılaşdırılmış G7-nin 45 milyard avroluq kreditini ödəmək istəyir.

Bununla da yeni alət üçün pul balansında təxminən 130 milyard avro qalacaq. Lakin bu məbləğ mütləq yekun deyil. Kreditin məbləği BVF Ukraynanın 2026-2027-ci illər üçün maliyyə ehtiyaclarını qiymətləndirdikdən sonra müəyyən ediləcək.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR