Onlayn ictimai-siyasi qəzet
Avqustun 29-u şimal və qərb rayonlarından başlayaraq 30-u axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit, yağıntılı olacağı gözlənilir.
Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Bakıda və Abşeron yarımadasında da avqustun 29-u axşamdan 30-u səhərədək şimal-qərb küləyinin 15-18 m/s, gecəyə doğru arabir 20-23 m/s-dək güclənəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Musavat.com
03 Fevral 2025
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ