İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbdə yıxılan müəllimənin qolu qırıldı- Direktor 1000 manat cərimələndi

Beyləqan şəhər, N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin direktoru 1000 manat cərimə edilib. Buna səbəb dərs zamanı müəllimənin məktəbdə yıxılaraq qolunun qırılması barədə müvafiq qurumlara məlumat verməməsi olub.

Musavat.com xəbər verir ki, məktəbin tarix müəlliməsi A.İmanova dərs vaxtı ayağı döşəməyə ilişərək yıxılıb. Bu zaman müəllimənin qol qırılıb. Müəllimənin yıxılmasına səbəb döşəmənin yararsız vəziyyətdə olması olub.

Məktəbin direktoru Gülbəniz Cəfərova İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1000 manat məbləğində inzibati qaydada cərimə edilib. Buna səbəb müəllimənin xəsarət alması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməsidir.

Direktor bu cərimədən narazı qalaraq məhkəməyə müraciət edib.

G.Cəfərovanın şikayəti rədd edilib və cərimə cəzası qüvvədə saxlanılıb.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

BÜTÜN XƏBƏRLƏR