Onlayn ictimai-siyasi qəzet
Çin Hindistanla baş vermiş son silahlı toqquşma zamanı Pakistana peyk və hava hücumundan müdafiə sahəsində dəstək göstərib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat "Bloomberg" agentliyinin yaydığı və Hindistan Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Tədqiqat Mərkəzinin hesabatında yer alıb.
Yeni Dehlidə yerləşən Kompleks Hərbi Tədqiqatlar Mərkəzinin rəhbəri Aşok Kumar bildirib ki, Çin Pakistana hava hücumundan müdafiə (PVO) və radar sistemlərinin yenidən qurulmasında yardım edib. Eyni zamanda 22 aprel tarixində 26 turistin həlak olduğu hücumdan sonra başlayacaq aktiv döyüşlər dövründə Çin Hindistan üzərindəki peyk örtüyünü də tənzimləyib.
"Onlar Pakistana Hindistan Hərbi Hava Qüvvələrinin istənilən hərəkətini operativ izləmək üçün radar sistemlərini yönləndirməkdə kömək ediblər", – deyə Kumar bildirib.
Rəsmi Hindistan hakimiyyəti hələlik Pekinin bu prosesdə iştirakına dair açıqlama verməsə də, hesabatda Çinin Pakistanla daha dərin hərbi əməkdaşlıq etdiyi, o cümlədən loqistika və kəşfiyyat sahəsində dəstək verdiyi qeyd olunub.
Musavat.com
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ