Onlayn ictimai-siyasi qəzet
Danimarka Ukraynaya növbəti – 26-cı hərbi yardım paketini ayıracaq.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Danimarka Müdafiə Nazirliyinin rəsmi saytında yayımlanıb.
Məlumata əsasən, yeni yardım paketi 4,2 milyard Danimarka kronu (təxminən 630 milyon ABŞ dolları) məbləğində qiymətləndirilir və 2025–2028-ci illəri əhatə edəcək. Paketə artilleriya qurğuları, döyüş sursatları, qırıcı təyyarələr üçün texniki təminat və genişləndirilmiş təlim proqramı daxildir.
Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, Ukraynanın dəstəyə ehtiyacı hələ də aktuallığını qoruyur. Sursatlar Çexiya, Danimarka və Niderlandın birgə təşəbbüsü çərçivəsində təhvil veriləcək.
Musavat.com
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ